Prezident Rəcəb Tayyib Ərdoğan: Türkiyədə qoruduğumuz dini və milli bərabərliyi qarşı tərəflərdən də gözləyirik.
Türkiyədə dini və milli ayrı-seçkilik yoxdur. Eyni sağlam münasibəti, bu bərabərliyi qarşı tərəflərdən də gözləyirik. Ölkəmizin bütün hüquqlarını, o cümlədən dəniz ərazi sularındakı haqqını qorumaq üçün bütün imkanlara malik gücümüz var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə vilayət təşkilatının toplantısındakı çıxışında ifadə edib.
Ədalət və İnkişaf Partiyası hakimiyyətinin Türkiyə həyatına böyük yeniliklər gətirdiyini diqqətə çatdıran dövlət başçısı ölkədəki iqtisadi inkişafın, əhalinin sürətlə yüksələn rifahının, beynəlxalq aləmdə möhkəmlənən mövqelərinin qarşısıalınmaz proseslər olduğunu qeyd edib. Bildirib ki, ölkədə maliyyə sabitliyinin qorunması və iqtisadi inkişafın davam etdirilməsi üçün bir çox istiqamətdə işlər görülür. Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə deyib ki, “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi Türkiyənin Aralıq dənizindəki milli sektorunda fəaliyyətini avqustun 23-dək davam etdirəcək. Əgər bu gəminin fəaliyyətinə kiçik bir maneə cəhdi göstərilərsə, dərhal tədbir görüləcək.
Mənbə:azərtag.az
Müxbir:Aytac Cəfərova
Hemcinin bax https://kafkazh.com/o-xatirelerde-jurnalist-ve-diplomat-kimi-qalib/
Son Xəbərlər
Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib
Bizi yeni müharibə gözləyir: daha çox itirəcəyik – Liparityan
MM sədri Fransa Senatında və Milli Assambleyada Azərbaycanla bağlı qərəzli qətnamələrin qəbul edilməsini pisləyib