Oktyabr 28, 2021

Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə ölkəmizin və xalqımızın milli maraqlarını qətiyyətlə qorudu

Prezident İlham Əliyevin BMT-dəki çıxışı Azərbaycanın dünya miqyasında nüfuzunun, ölkəmizə olan hörmətin, inam və etimadın təzahürüdür. Eyni zamanda, dövlətimizin başçısı BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında bir daha ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu.
Bunu Turaz.orghttp://turaz.org/ AZƏRTAC-a istinadən xəbər verir.
Prezident İlham Əliyevin BMT-dəki çıxışının regional və qlobal miqyasda xüsusi diqqət çəkən bir sıra məqamlarla yadda qaldığını deyən Sədaqət Vəliyeva bildirib: “Birincisi, dövlətimizin başçısının rasional çıxışı, praqmatik tezisləri ilə Ermənistan rəhbərliyini ifşa etdi, düşmən ölkənin baş nazirinin sözlərinin sərsəmləmələrdən, böhtandan və şərdən ibarət olduğunu isbatladı. İkincisi, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Üçüncüsü, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin çox böyük olduğunu sübut etdi. Bundan başqa, Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn yaratdığı bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək. Həmçinin Prezident İlham Əliyev müasir, demokratik, inkişaf edən, tərəqqisi ilə dünya ölkələrinə nümunə olan Azərbaycanın yeni formada təqdimatını reallaşdırdı, ölkəmizin yeni uğurlarını, nailiyyətlərini, COVID-19 ilə mübarizəsini, tolerantlıq və multikulturalizm sahəsindəki fəaliyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.
“Prezident İlham Əliyevin BMT-dəki çıxışı fonunda orada təmsil olunan bütün dövlətlərin nümayəndələri bir daha müasir Azərbaycan dövlətinin gücü, qüdrəti və nailiyyətləri ilə tanış oldular”, – deyən Sədaqət Vəliyeva vurğulayıb ki, bununla Prezident İlham Əliyev ölkəsinin və xalqının milli maraqlarını müdafiə edən qətiyyətli dövlət başçısı olduğunu, Azərbaycanda alternativsiz lider kimi qəbul edildiyini isbatladı.
Müxbir:turaz.org xüsusi müxbiri Arzu Əliyeva

Həmçin bax:https://turaz.org/biden-kampaniyasi-hindu-amerikalilardan-destek-isteyir/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »