May 28, 2023

Prezident İlham Əliyev Səlcuq Bayraqdarı Qarabağ ordeni ilə təltif etdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev II Qarabağ müharibəsi zamanı istifadə edilən pilotsuz uçuş aparatlarının yaradıcısı Türkiyə Texnoloji Komandası Vəqfinin yaradıcısı və rəhbəri olan Səlcuq Bayraqdarı “Qarabağ orden”-i ilə təltif etmişdir.

Turaz.org xəbər verir ki, Səlcuq Bayraqdar martın 31-də Azərbaycana Bakıya gəlmişdir. Vətən müharibəsində qazanılan qələbədə vacib rol oynayan “Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru olan Səlcuq Bayraqdar Heydər Əliyevin qəbirüstü abidəsini və Şəhidlər xiyabanını ziyarət etmiş, dua oxumuşdur. Qeyd edək ki, Səlcuq Bayraqdar qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Müxbir: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/selcuq-bayraqdar-bakiya-gelib
Həmçinin bax: kafkazh.com/azerbaycanlilarin-mart-soyqirimi-unudulmamalidir

Translate »