Müvəqqəti atəşkəsin elan edilməsinə rəğmən Ermənistan bu atəşkəsi pozmağa davam edir. Ermənistanın sülhə vadar edilməsinin ilk hissəsi başa çatmışdır. Azərbaycan xalqı işğalla barışmayıb və barışmayacaq.
Atəşkəs sülh demək deyil, bu sadəcə humanitar əsaslarla atılmış bir addımdır. Ermənistan humanitar atəşkəs üçün yalvarırdı.
Bu müvəqqəti atəşkəsdir və Azərbaycan öz ərazi bütövlüyünü hərbi, iqtisadi, siyasi və.s yollarla da olsa təmin etməyə davam edəcək.
Ermənistanın qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə sülh təmin edilə bilər. Gələcəkdə yox, elə günü bu gün bu edilməlidir.
Bu sənəddə öz əksini tapan baza prinsiplərində işğalçıların rayonlardan çıxarılması nəzərdə tutulub. İlkin mərhələdə 5 rayon, daha sonra 2 rayon, daha sonra icmaların ora yerləşdirilməsi və.s bu proses beləcə davam etdirilməlidir. Humanitar atəşkəsin müddəti qeyd edilməyib.
Həmçin bax:https://turaz.org/prezident-ilham-eliyev-azad-olunan-erazileri-aciqladi/
Həmçin bax:https://turaz.org/prezident-ilham-eliyev-dagliq-qarabagda-ateskesin-esas-amilini-aciqlayib/
Son Xəbərlər
Suriyadakı son vəziyyət
Türkiyə nazirləri son vəziyyət ilə bağlı məlumat veriblər
Qardaş ölkədə 7 günlük milli yas elan edildi