Oktyabr 23, 2021

Prezident Mirziyoyev KTMT sammitində iştirak edəcək

Prezidentin mətbuat katibi Şerzod Əsədov bildirib ki, Şövkət Mirziyoyev Əfqanıstanda vəziyyətin son inkişafını müzakirə etmək üçün KTMT Sammitində iştirak edəcək.

Turaz.org xəbər verir ki, Əsədov Prezident Şövkət Mirziyoyevin bu həftə üçün planlaşdırdığı işlər barədə məlumat verib.

“Prezident görüşə dəvət olunmuş qonaq qismində qatılacaq. İştirakçılar Əfqanıstandakı mövcud vəziyyəti və təhlükəsizliyə potensial təhdidlərlə mübarizə tədbirlərini müzakirə edəcəklər “,- deyib.

Məlumata görə, Mirziyoyevin iş qrafiki Daşkənddə ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların genişləndirilməsi, idman təhsilinin inkişafı və olimpiya ehtiyatı yaratmaq layihələri ilə tanış olmaq üçün bir görüş keçirməyi əhatə edir.

“Yeni təyin olunmuş xarici səfirlərin etimadnamələrinin qəbul edilməsi mərasimi də planlaşdırılır”,- deyə Şerzod Əsədov brifinqdə qeyd edib.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/almaniyanin-ozbekistandaki-sefirliyi-viza-verilmesini-dayandirib
Həmçinin bax: kafkazh.com/vertigo-nedir

Translate »