Noyabr 28, 2021

Prezident seçkiləri üçün erkən səsvermədə 420 mindən çox seçici iştirak edib

Mərkəzi Seçki Komissiyasının məlumat xidmətindən verilən məlumata görə, 14-20 oktyabr tarixlərində Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində 421618 seçici səs verib.

Turaz.org xəbər verir ki, Seçki Məcəlləsinin 57 -ci maddəsinə əsasən, seçki günü yaşayış yerində ola bilməyən seçici erkən səsvermə hüququna malik olur. Belə ki, seçki günü yaşayış yerində ola bilməyən seçicilər oktyabrın 14-20-də vaxtından əvvəl səsvermə hüququndan istifadə ediblər.

Erkən səs verən 421618 seçicidən 301094 -ü Özbəkistandakı seçki məntəqələrində, 120524 -ü isə xaricdəki diplomatik və digər nümayəndəliklərdə qurulmuş seçki məntəqələrində səs verib.

DİN -in mətbuat xidmətindən verilən məlumata görə, erkən səsvermə prosesi Seçki Məcəlləsinə və MSK -nın qərarlarına ciddi riayət olunmaqla həyata keçirilib. Seçki Məcəlləsinin tələb etdiyi kimi, erkən səsvermə seçkiyə 3 gün qalmış başa çatıb.

23 oktyabr 2021-Özbəkistanda prezident seçkiləri ərəfəsində “Sükut Günü”. Yəni bu tarixdə və seçki günü təşviqat aparmaq qadağandır.

Prezident seçkiləri 24 oktyabr 2021 -ci ilə planlaşdırılır. Əlişir Qədirov Özbəkistan prezidentliyinə “Milli Dirçəliş” partiyasından, Şövkət Mirziyoyev – ÖzLiDeP -dən, Bəhram Əbduhəlimov – “Ədalət” dən, Narzullo Oblomurodov – Ecoparti -dən və Maksuda Vorisova – Xalq Demokratik Partiyasından namizəddir.

MSK-nın məlumatına görə, Özbəkistanda seçicilərin sayı təxminən 21,2 milyon nəfərdir.

Tərcümə: Həmidə İskəndərova

Həmçinin bax: https://turaz.org/turkic-world-layihesi-turk-surasinin-media-forumunda-teqdim-olunub/

Translate »