Qırğızıstan prezidenti Sədir Cəfərov Özbəkistanın Səmərqənd şəhərində Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
Turaz.org xəbər verir ki, görüşdə Qırğızıstan-Macarıstan ikitərəfli əməkdaşlığın başlıca sahələri, əməkdaşlığın uzadılmasının gələcək perspektivləri müzakirə edilib. Ölkə rəhbərləri eyni zamanda nəqliyyat, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Sədir Cəfərov Viktor Orbanla görüşməkdən olduqca məmnun olduğunu və qardaş ölkə və Qırğızıstanın strateji əməkdaşı olan Macarıstanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.
Qırğızıstan prezidenti iki ölkə arasında diplomatik münasibətlərin yüksək səviyyəyə çatdığını, lakin eyni zamanda, onların yeni səviyyəyə qaldırılması üçün mühüm potensialın olduğunu vurğulayıb.
O, həmçinin Qırğızıstan və Macarıstan arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd edərək, hazırda ümumi dəyəri 24 milyon ABŞ dolları olan konkret biznes layihələrinin həyata keçirilməsinin nəzərdə tutulduğu Macarıstan-Qırğızıstan İnkişaf Fondunun işini qeyd edib.
Bundan əlavə Sədir Cəfərov Budapeştdə qırğız tələbələr üçün təhsil imkanları yaratdığı üçün Macarıstana dərin minnətdarlığını bildirib.
Sədir Cəfərov Viktor Orbanı və Macarıstan Prezidenti Katalina Novakı daha uyğun zamanda Qırğızıstana səfərə dəvət edərək, bu tədbirlərin iki ölkə arasında strateji tərəfdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edib.
Macarıstan Baş naziri bunun qarşılığında rəhbərlərin üzbəüz görüşlərinin ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyini vurğulayaraq, hazırda ən yüksək səviyyədə qarşılıqlı səfərlərin nəzərdə tutulduğunu vurğulayıb.
O, Macarıstanın Qırğızıstana investesiya marağını qeyd edərək Qırğızıstan və Macarıstanın ortaq tarixi kökləri ilə qardaş ölkə olduğunu vurğulayıb.
Viktor Orban Sədir Cəfərovvun rəhbərliyi altında Qırğızıstanda sosial-iqtisadi inkişafın müsbət nəticələrini gördüyünü əlavə edib.
Macarıstan Baş naziri iki ölkə arasında hələ tamamən istifadə edilməsə də, iqtisadi əməkdaşlıq üçün böyük imkanlar olduğuna vurğulayıb.
O, iqtisadi əməkdaşlıq sahəsində əməli tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, prioritet məsələlərdən birini – ölkələr arasında birbaşa aviareysin açılmasının zəruriliyini nümunə kimi göstərib.
Sədir Cəfərov və Viktor Orban həmçinin iki ölkə xalqlarının rifahı naminə ikitərəfli münasibətlərin qurulması üçün fəal əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Həmçinin bax: https://turaz.org/koreya-telekom-ile-emekdasliq-muqavilesi-biskekde-imzalanacaq/
Son Xəbərlər
Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb
Şimali Kipr Prezidentinə hücum cəhdi olub
Adanada 4,5 maqnitudalı zəlzələ olub