Noyabr 28, 2021

Prezidentin köməkçisi: “Türk dövlətləri bütün beynəlxalq arenalarda bir-birini qəti şəkildə dəstəkləyirlər”

“Bu gün biz Türk Şurası dedikdə qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən hərtərfli əməkdaşlığı görürük. Bu ilk növbədə siyasi əməkdaşlığımızdır. Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qəti şəkildə dəstəkləyirlər”.

Turaz.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxışı zamanı deyib.

“2019-cu ildə Bakıda keçirilmiş Zirvə toplantısında cənab Prezident İlham Əliyev tərəfindən qeyd edildiyi kimi Azərbaycan öz sədrliyi dövründə əməkdaşlığımızın hərtərəfli inkişafına hər bir vəsilə ilə töhfə verməyə davam edəcək və bu əzmini ortaya qoyub. Məmnunluqda deyirəm ki, biz Azərbaycanın sədrliyi dövründə əməkdaşlığımızı daha da genişləndirdik”, – Prezidentin köməkçisi vurğulayıb.

Müxbir: Əzizə Əlizadə

Translate »