Sentyabr 25, 2022

Psixoloq yalançı pozitivliyin zərərlərini sadaladı

Hadisələrə pozitiv yanaşmağımız çətin dönəmlərdən keçməyinizə kömək edə bilər.  Bununla belə saxta pozitivlik ruhsal olaraq bizim üçün zərərli ola bilər.

Turaz.org xarici mediaya istinadən xəbər verir ki, “Zəhərli pozitivlik” adlanan bu konsepsiyanı klinik psixoloq Natali Dattilo belə izah edib:  ” Baş verən hadisələrə müsbət yanaşmaq güclü mübarizə mexanizmidir. Zəhərli pozitivlik, pis vəziyyətlə mübarizə aparmağın ən yaxşı və ya yeganə yolunun mənfiyə diqqət yetirməmək olduğu fikrindən irəli gəlir.

Biz mənfi emosional təcrübələrin dəyərini az , müsbət olanları isə çox qiymətləndiririk. Məsəl üçün, çoxlu dondurma yeyiriksə, bu bizim üçün gözəldir. Ancaq onu çox yesək  xəstələnəcəyik” .  “The Washington Post” qəzetinə danışan Natali Dattilo problemlərlə qarşılaşmamağın həm özümüzə, həm də ətrafımıza zərərli olduğunu vurğulayır: ” Xəstəlik, evsizlik, aclıq, işsizlik, irqi ayrı seçkilik kimi dəhşətli vəziyyətlərin yaratdığı faciələr qarşısında pozitiv olmaq  heç də yaxşı bir şey deyil. Belə olan insanlar daha çox əziyyət çəkir və zamanla tənhalaşırlar. Düşdüyümüz mənfi situasiyalarda biz özümüzü mühakimə edirik. Çünki ağrı, bədbəxtlik, qorxu hiss edirik. Bu da utanc və günahkarlıq hisslərinə səbəb olur. Biz bu hisləri gizlədib özümüzü pozitiv göstərməyə çalışdıqda da bu bizdə hər hansı təkmilləşməyə, irəliləyişlərə və ya problemlərin həllinə mane olur”.

Translate »