Fevral 2, 2023

Pulla alınan zəhər: Kişilər arasında xərçəngin artma səbəbi budur

Son dövlərdə elektron siqaretə təlabat kəskin şəkildə artıb. İnsanlar hesab edirlər ki, standart siqaretdən fərqli olaraq bu, həm sağlamlıqlarına, həm də ciblərinə daha az zərərlidir. Bəs bu düşüncə nə dərəcədə həqiqəti əks etdirir?

Mövzu ilə bağlı həkim-professor Adil Qeybulla Turaz.org-a danıb.

Bildirib ki, bir sıra sağlamlıq problemlərinin ümumi səbəbləri arasında birinci yerdə olan siqaret, insan sağlamlığı üçün ən böyük təhlükələrdən biridir:

“Hər il dünyada 5 milyondan çox insan siqaretdən ölür. Bir çox insan siqareti tərgitmək üçün son illər buraxılan və zərərsiz olduğu iddia edilən elektron siqaretlərə müraciət edir. Ümumiyyətlə, elektron siqaretlər, qəlyanlar və s. istifadə olunan müxtəlif nikotin daşıyıcısı, ətirli, aromatik maddələr müəyyən konserogen xüsusiyyətə malikdir. Yanan məhsulların bronxipiterinə konserogen təsiri haqqında xeyli məlumatlar var. Əlbəttə, bu istiqamətdə araşdırmalar aparılıb, müəyyən nəticələr var. Amma hələ tam qəti nəticələr ortada deyil, çünki bu elektron siqaretlərin geniş yayılması indi vüsət alır”.

Ekspert hesab edir ki, elektron siqaretlərin satışı dayandırılmalıdır: “Artıq bu haqda danışmağın vaxtı çatıb. Çünki elektron siqaretlərkifayət qədər geniş yayılıb. Siqaret effekti verən istənilən bir maddənin yanması, alovlanması zamanı əmələ gələn tüstünün tərkibində olan inqreditlərin bronxipterinə və bütövlükdə orqanizmə təsiri məsələləri kifayət qədər araşdırılmalıdır. Bununla bağlı ciddi tədqiqatlar aparılmalıdır. Real nəticələrdən sonra biz daha dəqiq məlumat deyə bilərik. Amma bir şey aydındır ki, istənilən tüstüdə, yanma materiallarında orqanizm üçün ziyanlı olan maddələr var. Bunların bəziləri benzapiren törəmələridir. Polisiklik, aromatik karbohidratlarlar bronxipitelinə konserogen, yəni şiş əmələ gətirən təsir göstərə bilər. Elektron siqaretlərin də xərçəng şiş əmələ gətirmə qabiliyyəti haqqında kifayət qədər dəlillər var”.

Professor əlavə edib ki, xərçəng xəstəliyinin yaranmasının 70 faiz səbəbi siqaretin payına düşür: “Yəni tütündən istifadənin qarşısı alınarsa, xərçəng xəstələrinin azalması mümkündür. Tütün kişilərdə daha çox ağciyər və sidik kisəsi xərçənginə səbəb olur. Xərçəngə ən çox 60-69 yaş qrupunda rast gəlindiyi halda, əhalinin orta yaşının artması ilə xərçəng xəstəliyinə tutulma halları artır. Ölkəmizdə kişilərdə ən çox ağciyər, prostat, sidik kisəsi, yoğun bağırsaq və mədə xərçənginə rast gəlinir. Qadınlarda süd vəzi, qalxanabənzər vəzi, kolorektal, uşaqlıq və ağciyər xərçənglərinə daha çox rast gəlinir”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »