Dekabr 9, 2022

Putin Ərdoğana başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror aktı ilə əlaqədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

 

Turaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, noyabrın 13-də İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/qanunsuz-ermeni-silahlilari-azerbaycan-ordusunun-movqelerini-atese-tutub/

Translate »