Aprel 2, 2023

Putin hərbi cinayətkar elan edilib

ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.

Bu barədə Turaz.org “Reuters” və “Associated Press”ə istinadən xəbər verir.

Qeyd edilir ki, qətnamə respublikaçı senator Lindsey Qraham tərəfindən təqdim edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.

Senat Putinin hakimiyyəti dövründə Rusiya silahlı qüvvələri tərəfindən törədilən “zorakılıq, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətləri” qətiyyətlə pisləyib.

Müxbir: Əzizə Əlizadə

Translate »