Sentyabr 30, 2022

Putin, kadr ehtiyatı proqramının məzunlarına tələbat barədə danışdı.!

Putin, kadr ehtiyatı proqramının məzunlarına tələbat barədə danışdı …Kadrların idarə edilməsi ehtiyat -inkişaf proqramının məzunları Rusiyada tələb olunur ,onların arasında 29 bölgənin rəhbərləri, 5 federal nazir ,Federasiya şurası və Dövlət Dumasının müavinləri, böyük şəhərlərin bələdiyyə başçıları var .

Bu barədə “Senej “idarəetmə emalatxanasından (Lenta.ru saytına istinadən) verilən məlumata əsasən ,Rusiya prezidenti Vladimir Putin proqramın 3-cü axınının dinləyiciləri ilə video bağlantı zamanı söylədi .

“Bəzi həmkarlarınız, artıq federal nazirliklərdə rəhbərlik ediblər :Cənab [Mixayıl]Muraşko ,bizim səhiyyə naziri ,nəqliyyat naziri (Yevgey Ditrix)var .Mövcud proqramın 3 iştirakçısı ,Federasiya subyektlərinin müvəqqəti rəhbərlərinə çevrilib və çox yaxında ,sentyabrın əvvəllərində, onlara hazırkı fəailliyət göstərdikləri bölgə sakinlərinin dəstəyi gərəkli olacaq “- deyə Putin qeyd etdi .

O ,mühüm məsələ kimi, əvvəlcə ,təhsil proqramında və işləmək üçün ölkənin rifahını qaldıracaq və ölkənin üzləşdiyi çətinliklərə sinə gərəcək həqiqi mütəxəssislərin vacibliyini vurğuladı. Həmçinin ,dövlət başçısı məzunların təklif və fikirlərinin təcrübədə tətbiq olunacağına əminliyini bildirdi. 《Bir daha qeyd etmək istərdim ki ,keçdiyiniz təhsil proqramı bənzərsiz və reallıqda analoqu yoxdur .Çünki ,ölkənin ən yaxşı idarəçiləri sizin müəllimləriniz oldular .

Biz bunu bütün 3 il ərzində ,hər zaman, hər axında hər il edirik 》- deyə ,Putin qeyd etdi .Kadrların idarə edilməsi ehtiyat -inkişaf proqramının son tədris modulu bu həftə ,”Rusiya -imkanlar ölkəsi ” prezident platformasının “Senej “menecment seminarında keçirləcək .

Mənbə:m.lenta.ru

Müxbir:Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Tərcüməçi:Aygün Abbasova

Həmçinin bax:https://turaz.org/karantin-edilmis-isvecde-olumler-150-illik-rekord-qirir/

https://turaz.org/rusiya-rusiya-aerokosmik-quvvelerinin-hava-zerbesinden-sonra-zirehli-masinlari-suriyaya-kocurdu/

Translate »