İyun 8, 2023

Putin “Lukaşenkonun istəyi ilə Belarusa müdaxilə üçün ehtiyat polis qüvvəsi” yaradıb

Putin “Lukaşenkonun istəyi ilə Belarusa müdaxilə üçün ehtiyat polis qüvvəsi” yaradıb

Vladimir Putin Rusiyanın dövlət televiziyasına müsahibə verib

Rusiya Prezidenti Vladimir Putin “lazım gələrsə, Belarusiyaya müdaxilə etmək üçün polis ehtiyat qüvvəsi yaratdığını, ancaq bu nöqtəyə hələ gəlib çatılmadığını” söyləyib.

Rusiya dövlət televiziyasındakı çıxışında Putin deyib ki, Belarus prezidenti Aleksandr Lukaşenko ondan “müəyyən bir polis ehtiyatı yaratmağını istəyib” və “o da yaradıb”.

“Biz, həmçinin vəziyyət nəzarətdən çıxana qədər bu qüvvədən istifadə olunmayacağına dair razılığa gəldik,” Putin Rossiya 1 televiziyasına deyib.

Cənab Lukashenkonun mübahisəli 9 Avqustda təkrar president seçilməsi böyük etirazlara səbəb olub.
Mənbə:bbc.com/azeri
Müxbir:Aytac Cəfərova

HƏMCININ bax https://turaz.org/lionel-messi-mancester-sitiye-kecmeye-yaxindir/

https://kafkazh.com/operativ-qerargahin-karantin-rejimile-elaqedar-respublika-videomusaviresi-kecirilib/

Translate »