Avqust 14, 2022

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Turaz.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Yeni il münasibətilə təbrik mübadiləsindən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurub və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Danışıqlar zamanı beynəlxalq mövzulara, o cümlədən Rusiyanın təhlükəsizliyinə təminat verən hüquqi sazişlərin işlənib hazırlanmasına dair məlum təkliflərə, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya nizamlanması məsələlərinə də toxunulub.

Tərəflər arasında şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb.

Müxbir: Əzizə Əlizadə

Translate »