Oktyabr 2, 2022

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

 

Turaz.org-un məlumatına görə, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.

 

“Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiq edilib”, – məlumatda qeyd olunur.

 

 

Müxbir: Əzizə Əlizadə

Translate »