Oktyabr 4, 2022

Putinlə Makron telefonla danışıb

Fransa Prezidenti Emmanuel Makron Rusiya dövlət başçısı Vladimir Putinə zəng edib.

Turaz.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı prezidentlər Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyasının “Zaporojye” AES-ə ən qısa zamanda göndərilməsinin vacibliyini qeyd ediblər. Rusiya Prezidenti isə öz növbəsində bu missiyaya kömək etməyə hazır olduğunu bildirib. Bundan başqa, iki ölkənin liderləri İstanbulda imzalanmış Ukrayna taxılının ixracına dair sazişi müzakirə ediblər.

 

Müxbir: Əzizə Əlizadə

Translate »