Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi müzakirə edilib
Turaz.org xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Söhbət Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub.
Bildirilib ki, Vladimir Putinlə Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da qəbul etdikləri birgə bəyanatın, 2021-ci il yanvarın 11-i və noyabrın 26-da əldə etdikləri üçtərəfli razılaşmanın reallaşmasının praktik aspektlərinə, eləcə də Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasına dair məsələləri nəzərdən keçiriblər.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Ceyhun Bayramov İrana gedib
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib