Sentyabr 28, 2022

2021-ci il fevralın 11-də DİM əməkdaşları tərəfindən qabiliyyət imtahanlarına cəlb ediləcək ekspertlərin reyestri– Qabiliyyət İnformasiya Sistemi (QABİS) ilə bağlı növbəti treninq keçirilib

Turaz.org xəbər verir ki, onlayn treninqdə orta ixtisas təhsili müəssisəsinin nümayəndələri iştirak ediblər. İştirakçılara QABİS haqqında məlumat verilib, ümumilikdə 50-yə yaxın ali və orta ixtisas təhsili müəssisəsini özündə birləşdirən QABİS-in xüsusi qabiliyyət imtahanlarının daha təkmil həyata keçirilməsində gələcək rolu vurğulanıb.

QABİS-in yaradılmasında məqsəd peşəkar müəllimlərin imtahanlara cəlb edilməsinin genişləndirilməsi və  kadr hazırlığını həyata keçirən təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq etməkdir. Onlayn treninqdə orta-ixtisas təhsili müəssisəsi tərəfindən təyin edilmiş məsul katiblərə QABİS-də necə işləmək haqqında ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xüsusi Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: Turaz.org/Lenkeran-ve-kurdemirde-mekteb-acilisi

Həmçinin bax: tehsilim.org/magistraturaya-sened-qebulu-elan-edilir/

Translate »