Fevral 8, 2023

“Qafqaz Maarif Birliyi”nin yaradılmasından 1 il keçir

Aydınlan və Aydınlat” şüarı ilə müqəddəs yola çıxan “Qafqaz Maarif Birliyi“nin yaradılmasından 1 il keçir.

Turaz.org xəbər verir ki, 10 aprel 2020-ci ildə maarifçi gənclər tərəfindən əsası qoyulan təşkilatın məqsədi milli aydınlarımız tərəfindən yandırılan çırağı rəhbər tutaraq xalqımıza maarif sahəsində xidmət etməkdir.

Hal-hazırda təşkilatın 8 bölməsi (“Turaz.org“, “Tehsilim.org“, “Kafkazh.com” “Tengum yayınları“, “Milli Maarif Dərnəyi“, “Qafqazın Günəşi Dərgisi“, “MBG” və “Kafkazh Elmi-Tədqiqat Mərkəzi“) fəaliyyət göstərir.

Təşkilat hər ay mütəmadi təcrübə proqramları keçirir və gənclərə ödənişsiz şəkildə təlimlər və kurslar təşkil edir.

Hal-hazırda davam edən “İxtisas Fənləri” Layihəsinin məqsədi universitetlərdə fənlərin tədrisi zamanı yaranan çətinliyi aradan qaldırmaq və tələbələri lazımi qaynaqlarla təmin etməkdir.

Həmçinin MBGAZE Platformasının məqsədi Azərbaycanda bu sahəyə diqqəti yönəltmək və bu sahəyə marağı olan gənclərimizi məlumatlandırmaqdır. Onlara özlərini bu sahədə daimi inkişaf etdirmək üçün davamlı olaraq təlimlər, ödənişsiz kurslar və öz araşdırmalarını yayımlamaq üçün müxtəlif saytlarda, dərgilərdə (çox aktiv yazarlara) dərc etmək imkanı verir. Həmçinin bu sahə üzrə layihələr olarsa, onlara öz araşdırma projelerini aparmaq üçün Kafkazh Elmi Araşdırma Mərkəzi tərəfindən dəstək verilir.

Artıq bu gün təşkilatın 250 nəfər aktiv üzvü vardır. Təşkilatın qardaş ölkələr Türkiyə və Özbəkistanda fəaliyyət göstərən saytlar, elmi dərnəklər və universitetlərlə ikili əlaqələri mövcuddur.

Translate »