Dekabr 3, 2022

Qamçıbəy Taşıyev Özbəkistana səfər edib

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Qamçıbəy Taşıyev Özbəkistana gedib.

Turaz.org xəbər verir ki, Taşıyevin səfəri zamanı iki ölkənin hökumət nümayəndə heyətlərinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı birgə iclası keçiriləcək.

24-25 mart tarixlərində Daşkənddə keçiriləcək iclasda Özbəkistan və Qırğızıstan arasındakı mübahisəli ərazilər məsələsinə baxılacaq.

Xatırladaq ki, Prezident Sədir Cəfərovun Daşkəndə səfəri zamanı Şövkət Mirziyoyev sərhəd problemlərinin üç ay ərzində həll ediləcəyini bildirmişdi.

Tərcüməçi: Şirinzadə Aliyə
Həmçinin bax: turaz.org/azerbaycanda-zelzele-oldu
Həmçinin bax: tehsilim.org/veten-muharibesi-istirakcilarinin-aile-uzvleri-ise-qebul-olunub

Translate »