Xocavənd rayonunun Çartar yaşayış məntəqəsində ağacdan asılı vəziyyətdə meyit tapılıb.
Turaz.org AZƏRTAC-a istinadla xəbər verir ki, ölən şəxsin araşdırma nəticəsində Yemişcan yaşayış məntəqəsində yerləşən erməni silahlı dəstəsinin 2004-cü il təvəllüdlü üzvü olduğu müəyyən edilib.
İntihar etdiyi müəyyənləşdirilən qanunsuz dəstə üzvünün əyyaşlığa və qumara meyilli olduğu da bildirilir.
Yaxınları məlumat veriblər ki, külli miqdarda borclarını ödəmək məqsədilə müqavilə əsasında qeyri-qanuni erməni silahlı dəstəsinə üzv olan həmin şəxs borc sahiblərinin tələblərindən təngə gələrək özünü asıb.
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”