Dekabr 4, 2022

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Turaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

 

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/azerbaycanin-mudafie-naziri-turkiyeli-hemkarina-bassagligi-verib/

Translate »