Cəlilabad rayonunun dağ və dağətəyi yaşayış məntəqələrində yağan qar fəsadlar yaradıb.
Turaz.org xəbər verir ki, qarın qalınlığı 20 sm-ə çatıb.
Rayonun Buravar Badamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Kənd sakinlərinin dediklərinə görə, sözügedən kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsilib.
Həmçinin Cəlilabad-Yardımlı yolunda da hərəkət dayanıb. Ərazidə həmçinin rabitə xətlərinin qırılması səbəbindən internet əlaqəsi kəsilib. Hazırda bu kəndlərdə şaxtalı hava hökm sürür.
“Azərişıq”dan verilən məlumata görə, Rayonun Buravar Badamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişi bərpa olunub.
Həmçinin bax: https://turaz.org/agdam-rayonunun-elimedetli-kendi-video/
Son Xəbərlər
İran Azərbaycana nota verib
Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığa dair yol xəritəsi hazırlanacaq
Netanyahu səfirliyin açılması münasibətilə Azərbaycanı təbrik edib