Oktyabr 28, 2021

Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsində!

“Moldovanın “Şerif” komandası ilə Ağdamın “Qarabağ” futbol klubu

UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə qarşılaşır. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç,

Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.“Şerif”in ilk onbirliyində isə meydana Dmitri Celabnik, Feyt Fraydey Obolor, Usman Ndiay, Andrey Peteley,

Kristiano, Vilyam Parra, Andrey Lukiç, Benedik Mioç, Şarl Petro, Anatol Abanq və Qabriel Boban çıxıblar.Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edir.

Referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edirlər. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirir.

UEFA-nın qərarına əsasən, komandalar arasında cavab qarşılaşması keçirilməyəcək.Xatırladaq ki, “Qarabağ” klubu indiyədək

“Şerif” ilə beş dəfə üz-üzə gəlib.Ağdamlılar UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün I təsnifat mərhələsində

Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub

edib – 2:0.“Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna qalib gələcəyi təqdirdə növbəti mərhələdə potensial rəqibi

“Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə olacaq.

Mənbə:azertag.az

Müxbir:Turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/ibrahimovic-daha-bir-il-milanda-oynayacaq/

https://turaz.org/birlesmis-kralliq-ozbekistana-texniki-destek-gosterecek/

Translate »