Bakının “Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb. İyirmi yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”nin idman şərəfini qoruyacaq. R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 9 matçda meydana çıxıb.
Qeyd edək ki, “Keşlə” yay fasiləsində, həmçinin Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə, Dmitri Klots, Silvio Rodrigez Perreyra Junior, Kamal Bayramov və Artur Batista de Souzanı heyətinə qatıb.
Mənbə : azertag
Müxbir : TurAz.org xüsusi müxbiri Məlahət Eynəlizadə
Həmçinin bax : https://azertag.az/bolme/science_and_education
Son Xəbərlər
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək
TDT Baş katibi Fransanın Türkiyədəki səfiri ilə görüşüb