Qazi Rüfət Afət oğlu Məmmədzadə 4 mart 1993-cü ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olmuşdur. 1999-ci ildə Səməd İsmayılov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olan Rüfət məktəb vaxtinda da digər yoldaşlarından seçilib. 3 qardaş 1 bacı olaraq böyüyən qəhrəmanımız ailəsinə sadiq, uşaqla uşaq, böyüklə böyük kimi rəftar edən, mehriban, gülərüz böyümüşdür. Evin ən böyüyü olan Rüfət ağllı və tərbiyəli böyüdülmüşdür. O, idman növlərindən futbolu sevir.
Rüfətin ən böyük xəyalı isə Qarabağın azadlığında iştirak etmək idi. Rüfət vətənə olan sevgisinə görə 2007-ci ildə imtahan verərək Naxçıvanda Heydər Əliyev adına hərbi liseyinə qəbul olmuşdur. 2010-cu ilde bu liseyi bitirdikdən sonra Azərbaycan hərbi məktəbinə daxil olan Rüfət 2014- cü ildə bu məktəbi də bitirərək Bakıda leytenant rütbəsi ilə işə başlamışdır. Qəhrəmanımızın Bakıda 1 illik ixtisas artırma kursu keçib. 2015- ci ilin iyun ayı işində bölgü olub və Rüfət Naxçıvan Muxtar Respublikasina düşüb, buradada leytenant vəzifəsində işləyib. İşlədiyi müddətdə uğurlu fəaliyyət göstərən igidimiz 2017-ci ilde Baş leytenant rütbəsinə layiq görülüb.
Rüfət əsgərlərinə fərq qoymayan,onların nə ehtiyacı varsa onu həll edən, xəstələnəndə başlarından ayrılmayan bir komandirdi. 27 sentyabr ərazi bütövlüyümüzün uğrunda gedən döyüşlərə Naxçıvandan könüllü olaraq qoşulmuşdur. Cəbrayıl, Füzuli, Xocavənd ərazilərində gedən döyüşlərdə mərdliklə döyüşmüşdür. Müharibədə olarkən isə ailəsinə “Qarabağ azad olunmayana kimi geri qayıtmayacağam!” demişdir. Şəhid xəbəri gələn igidimizin daha sonra xəstəxanada ağır yaralı olduğu müəyyənləşdirilmişdir. Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanmagına baxmayaraq sağalaraq yenidən müharibəyə qoşulmuşdur, müharibəyə qoşulmasının səbəbi isə vətənə olan sevgisindən və əsgərlərini tək buraxmamaq istəyindən irəli gəlir.
10 noyabr Rəşadətli Azərbaycan ordusunun qələbəsi ilə müharibə bitmişdir. Qəhramanımız ən böyük xəyalına çatmışdır. Müharibə bitdikdən sonra Naxçıvana qayıtmış və öz vəzifəsində işə başlamışdır. Müharibədə uğurlu fəaliyyət göstərdiyinə görə cənab Prezidentin əmri ilə vaxtından əvvəl kapitan rütbəsi, “Azərbaycan bayrağı ordeni”, “Xocavəndin azad olunması”medalları ilə təltif edilib. Ailəsi və bütün Azərbaycan xalqı onunla fəxr edir.
Qəhrəmanımıza işlərində uğurlar arzulayırıq!
Hazırladı: Naxçıvan Müəllimlər İnstitutunun Tarix müəllimliyi tələbəsi Hüseynova İnci
Son Xəbərlər
“Müsəlman olmaq ölümü seçmək idi…”- Şərqi türküstanlı Məryəm Sultan
DİQSİ Beynəlxalq Forum təşkil edib
Zənginlik içində ucuzluq…