Oktyabr 28, 2021

“Qarabağ”ın potensial rəqibi “Legiya” baş məşqçisini istefaya göndərib

Ağdamın “Qarabağ” futbol klubunun Avropa Liqasının pley-off mərhələsində potensial rəqiblərindən biri olan Polşanın “Legiya” komandası uğursuz nəticələrə görə baş məşqçisi Aleksandar Vukoviçi istefaya göndərib.
Turaz.orghttps://turaz.org/xəbər verir ki, klub rəhbərliyi ölkə çempionatının altıncı turunda evdə “Qurnik”ə məğlubiyyətdən sonra bu qərarı verib. Komandanın Çempionlar Liqasında “Omoniya”ya uduzması və çempionata uğursuz başlaması 41 yaşlı bosniyalı mütəxəssisin istefasına səbəb olub.
Varşava təmsilçisi yeni baş məşqçisini də açıqlayıb. Komandanı bundan sonra Çeslav Mixneviç çalışdıracaq.
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.

Müxbir: turaz.org xüsusi müxbiri Nazpəri Həsənova

Həmçinin bax:https://turaz.org/ivan-rakitic-milli-komandadaki-karyerasini-basa-vurub/

Həmçinin bax:https://turaz.org/beynelxalq-triatlon-surasi-kisi-idmancilarin-yeni-reytinq-cedvelini-aciqlayib/

Translate »