Oktyabr 2, 2022

Qaraqaplaq olaylarının təşkilatçıları saxlanılıb

Özbəkistanda Qaraqalpaq hadisələri ilə bağlı 14 nəfər saxlanılıb.

Turaz.org xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb.

“Ölkə konstitusiyasında Qaraqalpaq Muxtar Respublikasının statusu ilə bağlı bəzi maddələrə dəyişiklik edilməsi haqqında təkliflərin gündəmə gəlməsindən sonra 1-2 iyul tarixlərində Nukusda qanunsuz nümayişlər baş tutub. Qanunsuz aksiyalarda konstitusiya quruluşunu devirməyə cəhd ittihamı ilə 14 nəfər saxlanılıb. Saxlanılanlar arasında qanunsuz nümayişi təşkil edənlər – Davletmurad Tacimiradov və Əzəmət Turdanov da var.

Hazırda sözügedən hadisələrlə bağlı ilkin araşdırmalara başlanılıb”, – məlumatda bildirilib.

Translate »