Dekabr 9, 2021

Qardaş ölkə Aİ-80 markalı benzindən tədricən imtina edəcək

“Özbəknefteqaz ASC” təmsilçisi brifinq zamanı gələn ildən etibarən Özbəkistanın tədricən Aİ-80 markalı benzinin istifadəsindən imtina edəcəyini bildirib.

Turaz.org xəbər verir ki , “Bir çoxları bu məsələni qaldırır, amma bizim öz strategiyamız və siyasətimiz var. Gələn ildən biz Aİ-80 markalı benzinin istifadəsindən tədricən imtina edəcəyik. Biz daha keyfiyyətli məhsul istehsal etmək niyyətindəyik” deyə o bildirib.

Daha əvvəl məlumat verilmişdi ki, 2021-ci ilin əvvəlindən Özbəkistanda Aİ-80 markalı benzinin mübadilə dəyəri 70% artıb.

Bundan əlavə, Antiinhisar Komitəsinin sədr müavini Fərrux Karabayev brifinq zamanı bildirib ki, yaxın günlərdə qiymət artımı ilə bağlı vəziyyət dəyişməlidir.

“Böyük, topdansatış müştərilər aşağı gəlirliliklə işləyirlər və ticarət prosesində onların daha yüksək təkliflər üçün imkanları olur. Ona görə də adi yanacaqdoldurma məntəqələrinə şərait yaratmaq üçün kiçik ölçülərdə lotlar aparılır. Bu, süni qiymət artımı ilə mübarizəyə kömək edəcək” – o deyib.

Mənbə: Kun.uz
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Şirinzadə Aliyə

Translate »