Fevral 5, 2023

Qardaş ölkə əyalət hakimlərinin tarixi titullarını bərpa edir

Macarıstan ölkə daxilindəki əyalət və hökumət rəsmilərinin tarixi titullarını bərpa edəcək.

Turaz.org xəbər verir ki, Macarıstanın hakim partiyası Fides rəsmi olaraq Kormánymegbízott (hökumət komissarı) və megye (əyalət) titullarını főispán (lord-leytenant) və vármegye (qala-əyalət) ilə əvəz etməyi təklif edib. Bununla Macarıstan Sovet dövründə istifadə edilən monarx inzibati təyinatlarına qayıtmış olacaq. Müxalifət partiyalarının rəhbərləri qanun layihəsinin müasir kontekstdə aktuallığını və simvolik mənasını tənqid etsə də, iqtidaryönlü və hökumət qurumları bu titulların tarixi aktuallığına istinad ediblər.

Macarıstanın parlament respublikası statusuna baxmayaraq, hökumət komissarlarının və əyalətlərin adlarının dəyişdirilməsi təklifi İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqı Macarıstanı işğal edənə qədər mövcud olan erkən orta əsrlər dövründə Macarıstanda qurulmuş inzibati sistemə simvolik dönüş demək olardı. Fides partiyasına görə, verilən təklif “bugünkü Macarıstanın dövlət idarəçiliyinin kommunizmdən əvvəlki Macarıstan dövlət idarəsi sistemi ilə daha sıx bağlı olması imkanından” irəli gəlir. Partiya iddia edir ki, sadəcə “megye” (əyalət) əvəzinə “vármegye” (qala-əyalət) istifadə edilməsi “Macar dövlətçiliyinin minilliyi ərzində qurulmuş konstitusiya ənənələrinin qorunub-saxlanılmasını təmin edir”.

Hər iki titul Macarıstanın kommunizmdən əvvəlki keçmişi ilə əlaqələndirilməsi əsasında təqdim edilib və tarixi istinad kimi bu gün də istifadə olunan orta əsr titullarının nümunəsi olan İngiltərənin paytaxtı Londonda seçilən “aldermen” olması bildirilib.

Hakim partiya Milli Assambleyada səslərin çoxluğuna sahib olduğundan titulların dəyişdirilməsinin qanuna çevrilməsi qarşısında heç bir maneə yoxdur. Müxalifət partiyaları Fidesi diqqəti inflyasiya və forintin dəyərdən düşməsi kimi məsələlərdən yayındırmaqda günahlandırdı, Budapeşt meri və müxalifətdəki yaşıllar partiyası Parbeszed həmsədri Gergey Koratoy macarları demokratik Macarıstana geri qaytarılan titulların da.ıdığı mənanın üzərində düşünməyə çağırıb. “Biz hökumətin komissarlarının [főispán] adlandırılmasını tələb etməklə hökumətin göndərməyə çalışdığı icmarıc üzərində düşünməliyik.”

Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/turk-dunyasi-qht-platformasi-tdsp-yunanistan-beyanati
Həmçinin bax: kafkazh.com/qetl-gunu-romani-sicovullasan-dusunce-problemi

Translate »