Oktyabr 4, 2022

Qardaş ölkə ilə San Marino arasında diplomatik əlaqələr qurulur

Qardaş ölkə Özbəkistanla San Marino arasında diplomatik əlaqələr qurulur.

Turaz.org xəbər verir ki, qardaş ölkə Özbəkistanla San Marino arasında diölomatik əlaqələr qurulur. İki ölkə arasında ilkin sənədlər dünən imzalanıb. Sənədləri Özbəkistanın İtaliyadakı səfiri Atabəy Əkbərov və San Marino səfiri Daniela Rotondaro imzalayıblar.

Daniela Rotondaro Özbəkistanla əlaqələrin qurulumasının ölkəsi üçün mühim addım olduğunu qeyd edib. Tərəflər qida, təhlükəsizlik, sağlamlıq və s. sahələrdə əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, San Marino Özbəkistanın diplomatik əlaqə qurduğu sayca 136-cı ölkə olub.

Translate »