Oktyabr 3, 2022

Qardaş ölkənin xarici ticarət dövriyyəsi artıb

Özbəkistanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yeddi ayında 28,1 milyard dollar təşkil edib.

Turaz.org xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında Özbəkistanın xarici ticarət dövriyyəsi 28,1 milyard dollara çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 6,3 milyard dollar artıb.

Hesabat dövründə respublikadan ümumilikdə 11,3 milyard dollarlıq məhsul (9,3 milyard dollar) və xidmətlər (2 milyard dollar) ixrac edilib.

İdxal isə 16,8 milyard dollar (məhsullar – 15,4 milyard dollar, xidmətlər – 1,4 milyon dollar) təşkil edib.

Hesabatda deyilir ki, 2022-ci ilin yanvar-iyul aylarında FTT-nin mənfi saldosu 5,5 milyard dollar təşkil edib.

Translate »