Oktyabr 3, 2022

Qasım-Comərd Tokayev hökumətin fəaliyyətini tənqid edib

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev parlament palatalarının bugünkü birgə iclasında hökumətin fəaliyyəti boyu boşluqlara yol verdiyini vurğulayıb. 

 

Turaz.org bildirir ki, dövlət başçısı bir tərəfdən yanacaq-sürtkü, digər tərəfdən şəkər qıtlığı olduğunu hesab edir. Bunun səbəbi isə hökumətin qərarlar qəbul edərkən ləng hərəkət etməsi və cəsarətli addım ata bilməməsidir.

Prezident vurğulayıb ki, ölkə əhalisi də bu vəziyyətdən narazıdır. O xatırladıb ki, vəziyyət belə davam edərsə, hökümət kadrları ilə bağlı yeni qərarlar verilməli olacaq. Nur-Sultanda Qazaxıstan parlamentinin hər iki palatasının birgə iclası işə başlayıb. Dövlət başçısının xalqa müraciətlə çıxış edəcəyi gözlənilir. Müraciətin əsas hissəsində ölkənin sosial-iqtisadi inkişafı diqqət mərkəzində saxlanılıb.

Tərcümə: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/prezident-tokayev-bu-gun-xalqa-muraciet-edecek/

Translate »