Noyabr 29, 2022

Qasım-Comərd Tokayev: Türk Dövlətləri Təşkilatı bu gün öz Strategiyasını qəbul edəcək

Qazaxıstan türk dövlətləri arasında dostluq və yaxın qonşuluq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə mühüm töhfə verir və bunu “2040 Türk Dünyasına Baxış” proqramının qəbulu sübut edir.

 

 

Turaz.org bildirir ki, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev bu gün Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında çıxış edib. “Bu gün biz bu sənədi həyata keçirmək üçün Türk Dövlətləri Təşkilatının Strategiyasını qəbul edəcəyik”, – deyə Prezident bildirib.

 

“Şübhəsiz ki, Strategiya qarşılıqlı fəaliyyətə və ölkələrimizi birləşdirən sabitlik kəmərinin möhkəmləndirilməsinə töhfə verəcək. Əməkdaşlığımızın səmərəli olacağını söyləməyə bütün əsaslar var. Regional və qlobal gündəm məsələlərinin həllində fəal iştirak etməklə biz güclü və etibarlı qüvvəyə çevrilməliyik. Mövcud geosiyasi və geoiqtisadi ziddiyyətlər bizim iqtisadiyyatımıza və Avrasiya qitəsinin nəqliyyat-logistika sisteminə mənfi təsir göstərir. Biz bütün təhlükələrə və çağırışlara qarşı birgə mübarizə aparmaq üçün həmrəy olmalıyıq.”

Müxbir: Aytac Cəfərova

Təcüməçi:  Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/sovket-mirziyoyev-semerqenddeki-konqres-merkezinde-qasim-comerd-tokayevi-qarsilayib/

Translate »