Dekabr 9, 2021

Qasım Comərt Tokayev İstanbula işgüzar səfər edəcək

Qazaxıstan prezidenti İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə toplantısında iştirak edəcək.

Turaz.org xəbər verir ki, Dövlət başçısının mətbuat katibi Berik Ualinin Facebook hesabında verdiyi məlumata görə, Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev noyabrın 11-12-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci Sammitində iştirak etmək üçün İstanbula işgüzar səfər edəcək.

Sammitdə Türk Şurası çərçivəsində ticarət, rəqəmsallaşma, yaşıl texnologiyalar və digər aktual sahələrin inkişafı üzrə çoxşaxəli qarşılıqlı fəaliyyətin gücləndirilməsi perspektivlərinin müzakirəsi planlaşdırılır. Qazaxıstan dövlət başçısının bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/ozbekistan-2021-ci-ilin-yanvar-oktyabr-aylarinda-68-milyard-dollardan-cox-xarici-investisiya-celb-edib
Həmçinin bax: kafkazh.com/azerbaycan-cumhuriyyetinin-xarici-siyaseti

Translate »