Sentyabr 28, 2022

Qaşqadəryada arxeoloji abidələr dağıdılıb

Qardaş ölkə Öbəkistanın Qaşqadərya vilayətinin 2 rayonunda arxeoloji abidələr dağıdılıb.

Turaz.org xəbər verir ki, tarixi abidələrin dağıdılması nəticəsində dövlət maraqlarına 2 milyard manata yaxın ziyan dəyib.

Qaşqadərya vilayətinin Yakkaboq rayonunda yerləşən X-XII əsrlərə aid “Çordangitəpə” arxeoloji abidəsinin bir hissəsi vətəndaş M.F. tərəfindən sökülərək yerində yaşayış evləri tikilib. Nəticədə dövlət mənafeyinə 315 milyon sum ziyan vurulmuşdur.

Bundan başqa, Səmərqənd rayonundakı VI-VII əsrlərə aid “Nömsiztəpə” arxeoloji abidəsinin bir hissəsinin naməlum şəxslər tərəfindən dağıdılması nəticəsində dövlət maraqlarına 1,5 milyard sum məbləğində külli miqdarda ziyan dəymişdir.

Bu faktlar üzrə cinayət işi başlanıb. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Translate »