Yanvar 29, 2022

“Qatar Airways” şirkəti 2022-ci il yanvarın 17-dən Özbəkistana uçuşlara başlayacaq

Şirkətdən verilən məlumata görə, Dohadan Daşkəndə ilk uçuş 17 yanvar 2022-ci ildə 12 Business Class və 120 yerlik ekonom sinifə malik Airbus A320 təyyarəsi ilə həyata keçiriləcək.

Turaz.org xəbər verir ki, yeni xidmət Daşkəndə və Daşkənddən uçan sərnişinlərə Dohadakı Həmad Beynəlxalq Aeroportu vasitəsilə BƏƏ, Səudiyyə Ərəbistanı, Hindistan və ABŞ daxil olmaqla 140-dan çox istiqamətə fasiləsiz əlaqə əldə etməyə imkan verəcək.

“Biz Mərkəzi Asiyada böyük inkişaf potensialını görürük və Daşkəndə bu yeni xidmət ticarət imkanlarını artırmağa və bu gözəl məkanı kəşf etmək istəyən turistləri cəlb etməyə xidmət edəcək. Daşkənddən olan sərnişinlər indi dünyanın ən yaxşı aeroportu olan Həmad beynəlxalq aeroprotu vasitəsilə dünyanın ən yaxşı aviaşirkəti ilə səyahət edərkən 140-dan çox istiqamətə çıxış əldə edəcəklər”,-deyə Qatar Airways Qrupunun baş icraçı direktoru Əkbər Əl Baker bildirib.

Daşkənd 2022-ci ildə Qatar Airways-in ən yeni təyinat məntəqəsi və Asiyada şəbəkəsinin ən son əlavəsi olacaq.

“Daşkənd ziyarətçilərə panoramik mənzərələr, müxtəlif mətbəxlər, görmək və kəşf etmək üçün çoxlu yerlər təklif edən Mərkəzi Asiyanın ən böyük şəhəridir”,-deyə məlumatda bildirilir.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/macaristanda-son-sutkada-11-minden-cox-insan-covid-19-a-yoluxub
Həmçinin bax: kafkazh.com/azerbaycan-atabeyler-dovletinde-sikke-zerbi-ve-pul-tedavulu

Translate »