Noyabr 27, 2021

“Qaz vacib bir qaynaqdır, onu gələcək nəsillər üçün qoruyub saxlamalıyıq” – Mirziyoyev

Bu gün, oktyabrın 21-də prezidentliyə namizəd və Özbəkistanın hazırkı Prezidenti Şövkət Mirziyoyev seçicilərlə görüşmək üçün Cizzax vilayətinə gedib.

Turaz.org xəbər verir ki, görüşdə Mirziyoyev ölkədə qaz təchizatı, pambıq və yoxsulluqdan danışıb.

“Çətinliklər vasitəsilə təcrübə qazanıram. İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyini qurmuşuq və indi Çin təcrübəsini öyrənirik. “Kasıb” ifadəsini işlətməkdən çəkindiyimiz vaxtlar olub. Ancaq düşünürsünüz ki, ölkədə yoxsul insanların olduğunu bilmirəm? Özbəkistanda yoxsulluq yoxdur? Uzun illər pambıq əkmək üçün çox əziyyət çəkdik, amma firavanlıq əldə edə bilmədik. Üç gün əvvəl mənə dedilər ki, 3 milyon ton həddinə çatmışıq. Amma xəbər televiziyada yayımlanmadı. Pambıq əkirik, ondan mənfəət görürük. Qoy qazanc əldə edən insanlar bunu inkişaf etdirsin. Əvvəllər biz qaz ixrac edirdik, indi isə onu idxal etməyə hazırıq. Sənayelerimizə, fabriklərimizə qaz lazımdır. Qaşqadəryada yeni tikilən zavod-GTL istismara hazırdır. Ancaq işə başlamaq üçün tələsmirəm. Çünki dünyada belə beş zavod var. Qaz vacib bir qaynaqdır, biz onu gələcək nəsillər üçün qoruyub saxlamalıyıq” deyə Şövkət Mirziyoyev bildirib.

Tərcümə: Aliyə Şirinzadə
Həmçinin bax: turaz.org/abs-in-ozbekistandaki-sefiri-ozbek-xalqini-dovlet-dili-gunu-munasibetile-tebrik-edib
Həmçinin bax: kafkazh.com/xvlll-esrde-qafqazda-gurcustan-rusiya-yaxinlasmasi

Translate »