Oktyabr 23, 2021

Qazax alimləri Alzheimer və Parkinson Xəstəliklərinə qarşı müalicə üzərində işləyirlər

Qorqud Ata Qızılorda Universitetinin alimləri Alzheimer və Parkinson xəstəliyinin müalicəsi üçün bir dərman üzərində işləyirlər.

Turaz.org xəbər verir ki, onlar Avropa İttifaqı qrantını qazanıblar və Portuqaliya, Hollandiya, Danimarka, Rusiya, Belarus və Ukraynadan olan elm adamları ilə birlikdə inkişaf etdiricilər qrupuna qoşulublar.

Qazaxıstanın cənub bölgələrində böyüyən dəvə tikanı dərman istehsalı üçün istifadə olunur. Qazax alimləri dəvə tikanından aterosklerozun erkən mərhələlərində təsirli olan bioloji aktiv maddələr çıxarıblar.

Qazax alimlərinin kəşfi Portuqaliyada təqdim edilib və marağa səbəb olub. Əcnəbi mütəxəssislər eksperimental test keçirərək qazax alimlərinin kəşf etdikləri nanomaterialların Alzheimer və Parkinson xəstəliyinin inkişafına mane olduğunu və onların erkən mərhələlərdə müalicəsinə kömək edəcəklərini təsdiq ediblər. Bundan əlavə, dəvə tikanındakı bioloji aktiv maddələrin heç bir yan təsiri yoxdur və istehlak üçün təhlükəsizdir.

Qızılordalı alimlər xarici həmkarları ilə birlikdə müsabiqəyə müraciət edərək Avropa İttifaqı Horizon 2020 proqramının qrantını qazanıblar. Komanda preklinik və klinik sınaqları planlaşdırır.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/ceferov-sahibkarlar-gunu-munasibetile-tebriklerini-catdirib/

Translate »