Aprel 2, 2023

Qazaxıstan 2023-cü ildə 7 cildlik tarix traktatını nəşr etdirəcək

Qazaxıstan 2023-cü ildə 7 cildlik tarixi traktat nəşr etdirəcək.

Turaz.org xəbər verir ki, bir qrup elmi təşkilat bu elmi işin hazırlanmasında iştirak edəcək.

Qazaxıstanın Baş nazir müavini Yeralı Tuqjanovun sözlərinə görə Qazaxıstan Təhsil və Elm Nazirliyi “Qazaxıstanın qədim dövrlərdən müasir dövrə qədərki tarixi” mövzuda elmi işin nəşri ilə bağlı məsələləri araşdırır. Hal-hazırda tarixi traktatın layihəsi hazırlanır. Mərğulan Arxeologiya İnstitutunun, Beynəlxalq Türk Akademiyasının, Ulus Jochi Elmi-Tədqiqat İnstitutunun, Süleymanov adına Şərqşünaslıq İnstitutunun, Ualixanov adına Tarix və Etnologiya İnstitutunun, Qazaxıstan Təhsil və Elm Nazirliyinin Dövlət Tarixi İnstitutunun aparıcı alimləri bu layihədə iştirak ediblər. 2023-cu ildə bu traktatın nəşr etdirilməsi gözlənilir.

Tərcümə eden :Yusubova Nigar

Həmçinin bax: https://turaz.org/qazaxistanda-gubre-ixrac-qiymetleri-771-artib/

Translate »