Dekabr 9, 2022

Qazaxıstan 2035-ci ile qeder energetika senayesi üçün yol xeritesini hazırlayacaq

“Qazaxıstan Energetika Nazirliyi 2035-ci ilə qədər elektrik enerjisi sənayesini inkişafı üzərində işləyəcək” Qazaxıstan energetika naziri Bolat Akçulakov hökumətin bugünkü iclasında deyib

 

Turaz.org bildirir ki, “ilk olaraq elektrik enerjisi bazarında islahat apararaq, mərkəzləşdirilmiş formada fəaliyyət göstərən elektrik.nerjisinin alışı və satışını yeni model yaratmaq tələb olunur” deyə o əlavə edib.

O bildirib ki, elektrik enerjisi mənbələrini inkişaf etdirmək, investesiyaların genişləndirilməsi zaman şəffaflığın təmin edilməsi və dövlət nəzarətinin gücləndirilməsi üçün tədbirlər hazırlanmışdır. Bununla yanaşı təmiz yanacaq texnologiyalarından, yeniləbilın enerjidən, müasir qa və atom generasiyasından, Smart Grid ağıllı şəbəkələrindən istifadə edərək ESG (ətraf mühit, sosial sahə, korporativ idarəetmə) prinsiplərini dəstəkləmək üçün tədbirlər də hazırlanıb. Bu tədbirlər Energetika Nazirliyi tərəfindən 2035-ci ilə qədər hazırlanmış energetika sənayesi üçün yol xəritəsi layihəsinə daxildir. Bu layihə bu ilin oktyabr ayında hökümətə təqdim ediləcək.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi:Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/qirgizistanda-kicik-zelzele-qeyde-alinib/

Translate »