İyun 8, 2023

Qazaxıstan Avropa İttifaqı – Mərkəzi Asiya Nazirlər Toplantısında iştirak edir

Qazaxıstan XİN-in mətbuat xidməti xəbər verir ki, Qazaxıstanın baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tleuberdinin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti Mərkəzi Asiya və Avropa İttifaqı xarici işlər nazirlərinin 18-ci görüşündə iştirak edib.

 

Turaz.org bildirir ki, Avropa İttifaqının nümayəndə heyətinə Ali Nümayəndə-vitse-prezident Xosep Borrell rəhbərlik edib.

İştirakçılar aktual regionlararası və qlobal problemləri, o cümlədən təhlükəsizlik, Əfqanıstandakı vəziyyət, iqtisadi, ticarət və investisiya, ətraf mühitin mühafizəsi, sudan istifadə və iqlim, təhsil, elm və innovasiyalar sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə çıxış edən Qazaxıstan XİN rəhbəri ölkənin çoxtərəfli əməkdaşlığı genişləndirməyə və avropalı tərəfdaşlarla qarşılıqlı əlaqələri yaxşılaşdırmağa hazır olduğunu təsdiqləyib. O, elm, texnologiya və innovasiyalar sahəsində olduğu kimi, yeni regionlararası əməkdaşlıq proqramlarına start verilməsini təklif edib.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: İlknur Yusifova

Həmçinin bax: https://turaz.org/sovket-mirziyoyev-gelen-hefte-fransaya-sefer-edecek/

Translate »