Azərbaycan və Qazaxıstanın yaradacağı Ekspert Şurasına hər iki ölkədən görkəmli ekspertlər və analitik mərkəzlərin nümayəndələri daxil olacaq.
Turaz.org Qazaxıstanın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə razılıq aprelin 7-si Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev arasında baş tutmuş görüşdə əldə olunub.
Tərəflər, həmçinin Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar birgə tədbirlərin keçirilməsini razılaşdırıblar.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/turkiye-ve-britaniya-xin-bascilari-ukraynadaki-durumu-muzakire-edib
Həmçinin bax: kafkazh.com/azerbaycan-atabeyler-dovletinde-sikke-zerbi-ve-pul-tedavulu
Son Xəbərlər
Alim Qasımov ABŞ-da konsert verib
BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”
Britaniya səfiri deputat Fazil Mustafaya qarşı terror aktını şiddətlə qınayıb