Noyabr 29, 2022

Qazaxıstan baş naziri: MDB ölkələri əməkdaşlıq üçün yeni istiqamətlər axtarır

Qazaxıstanın Baş naziri Əlixan İsmayılov MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında çıxış edib.

 

Turaz.org bildirir ki, baş nazirin sözlərinə görə, MDB gələcək əməkdaşlıq üçün yeni istiqamətlər axtaran mövcud mürəkkəb şəraitdə irəliləyir. O, həmkarlarına birgə uğurlu fəaliyyətə görə təşəkkürünü bildirib və Qazaxıstanın sədrliyi dövründə tədbirlərin təşkilinin səmərəli şəkildə əlaqələndirilməsinə görə MDB İcraiyyə Komitəsinə minnətdarlığını bildirib.

 

Bununla yanaşı, baş nazir İsmayılov, Sergey Lebedevi daha üç il müddətinə MDB-nin icraiyyə komitəsinin rəhbəri – icraçı katib vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Astanada MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclası məhdud tərkibdə öz işinə başlayıb.

Müxbir: Aytac Cəfərov

Tərcüməçi: Günay Xankişiyev

Həmçinin bax: https://turaz.org/semerqendde-mdb-parlamentlerarasi-assambleyasinin-sessiyasi-kecirilib/

Translate »