Sentyabr 28, 2022
Qazaxıstan

Qazaxıstan Dominikan Respublikası, Albaniya və Paraqvay ilə saziş imzalayıb

Qazaxıstan vətəndaşlarının vizasız gediş-gəlişi üçün Dominikan Respublikası, Albaniya və Paraqvay ilə saziş imzalayıb.

Turaz.org bildirir ki, Qazaxıstan Dominikan Respublikası, Albaniya və Paraqvay ilə ölkələr arasında viza ilə gediş-gəlişin ləğv edilməsi haqqında hökumətlərarası saziş imzalayıb.

Baş nazirin müavini, Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi ATƏT-in baş katibi Helqa Mariya Şmid, o cümlədən Niderlandın xarici işlər naziri Vopke Hoekstra, Paraqvayın xarici işlər naziri Xulio Sezar Arriola Ramirez, Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvarez, Albaniyanın xarici işlər naziri Olta Xaçka və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed bin Sultan Əl Nəhyan ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

Tərəflər sözügedən ölkələrlə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Danışıqlardan sonra Qazaxıstan və Dominikan Respublikası arasında daxili pasport, diplomatik və rəsmi pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında hökumətlərarası saziş imzalanıb. Qazaxıstan və Albaniya viza tələblərindən qarşılıqlı azadlığa dair saziş imzaladı. Qazaxıstan və Paraqvay diplomatik və rəsmi pasportlara malik olan şəxslərin viza tələblərindən azad edilməsi haqqında hökumətlərarası saziş imzalayıb.

Translate »