Dekabr 5, 2022

Qazaxıstan hərbçiləri KTMT-nin Tacikistanda keçirilən təlimlərində iştirak edir 

Tacikistanın Xarbmaydon poliqonunda Mərkəzi Asiya Kollektiv Çevik Yerləşdirmə Qüvvələrinin “Rubej-2022” birgə təlimləri başlayıb.

 

Turaz.org Qazaxıstan Müdafiə Nazirliyinə istinadən bildirir ki, təlimlərə “Astana” regional komandanlığının baş komandanı – birinci müavini polkovnik Baqlan Userbayevin rəhbərlik etdiyi Qazaxıstanın Hava Hücum Qüvvələri də qatılıb.

 

Nazirlikdən verilən məlumata görə, təlimlərin birinci mərhələsi dağlıq ərazilərdə qanunsuz silahlı birləşmələrin məhv edilməsi üzrə Çevik Kollektiv Qüvvələrin birgə əməliyyatını, ikinci mərhələdə isə Çevik Kollektiv Qoşunların hərbi birləşmələrinin idarə edilməsini əhatə edir. Təlimlərin fəal mərhələsi oktyabrın 21-dək davam edəcək.

Müxbir: Aytac Cəfərov

Həmçinin bax: https://turaz.org/turkmenistan-prezidenti-serdar-berdimehemmedov-qazaxistana-sefer-edib/

Translate »