Oktyabr 23, 2021

Qazaxıstan hökuməti 2025-ci ilə qədər Ekibastuz şəhərinin inkişaf planını təsdiqləyib

Qazaxıstan Hökuməti Pavlodar vilayətinin Ekibastuz şəhəri üçün 2025-ci ilə qədər Sosial və İqtisadi İnkişafın Kompleks Planını təsdiqləyib.

Turaz.org xəbər verir ki, Qazaxıstan Baş naziri Əskər Mamin hökumət toplantısında Ekibastuzun Pavlodar bölgəsindən kənarda böyük bir sənaye və enerji mərkəzi olduğunu qeyd edib.

Bölgənin inkişafına yeni təkan vermək üçün Planın 114 tədbirinin həyata keçirilməsi ilə şəhərin enerji sektorunu inkişaf etdirmək üçün böyük potensialı var. Əsas kapitala qoyulan investisiyalar 5 dəfə artırılacaq və 2025 -ci ildə 737 milyard KZT səviyyəsində olacaq.

Mənzil və digər infrastrukturun, sosial sahənin inkişafı və ekoloji problemlərin həlli ilə bağlı layihələr həyata keçiriləcək. Şəhərin planlaşdırılan tam sənaye inkişafından danışan Qazaxıstanın baş naziri, metallurgiya sənayesinin və dəmir yolu maşınqayırması istehsalının intensiv inkişafına xüsusi diqqət ayırıb.

Enerji sahəsində, Ekibastuz-2 kondensasiya elektrik stansiyasında 3 nömrəli enerji blokunun tikintisi və 1-ci kondensasiya elektrik stansiyasında 1 nömrəli enerji blokunun bərpası planlaşdırılır.

Pavlodar vilayətinin Ekibastuz şəhərinin 2025 -ci ilədək Sosial və İqtisadi İnkişafının Kompleks Planı çərçivəsində 16,5 min iş yerinin açılması və orta aylıq gəlirin 43% artırılması planlaşdırılır.

Qazaxıstanlı nazir, Milli İqtisadiyyat Nazirliyinə və Pavlodar vilayət valiliyinə maraqlı dövlət qurumları ilə birlikdə planın tədbirlərini vaxtında həyata keçirməyi tapşırıb.

Qeyd edək ki, bu gün Milli İqtisadiyyat naziri Asset İrqaliyev hökumətin iclasında Ekibastuz şəhərinin 2025 -ci ilədək Sosial və İqtisadi İnkişaf Planını təqdim edib.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/yasi-65-den-yuxari-olan-tehsil-iscileri-de-mektebe-gele-bilecek/

Translate »