Qazaxıstanın loukoster aviaşirkəti FlyArystan Astana-Ankara marşrutu üzrə endirimli biletləri satışa çıxardığını bildirib.
Turaz.org xəbər verir ki, Qazaxıstan loukoster aviaşirkəti mayın 23-dən etibarən çərşənbə axşamı və bazar günləri Astana-Ankara marşrutu üzrə 5 saatlıq uçuşlar həyata keçirəcək. Bir tərəfə biletin qiyməti 43 560 tenge olaraq qiymətləndirilir.
FlyArystan Qazaxıstanın ilk aşağı büdcəli aviadaşıyıcısı və Air Astana bölməsidir.
Qeyd edək ki, Qazaxıstan və Çin bu il martın 25-dən etibarən həftədə üç gün Astana və Pekin arasında uçuşları bərpa etməyi planlaşdırır.
Bundan əvvəl Qazaxıstan və Yaponiyanın Tokioya uçuşları bərpa etmək üçün danışıqlar apardığı bildirilib.
Müxbir: Aytac Cəfərova
Təcrübəçi: Nigar Yusubova
Həmçinin bax:https://turaz.org/tdt-bas-katibi-fransanin-turkiyedeki-sefiri-ile-gorusub/
Son Xəbərlər
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı
Türkiyədə prezidentliyə müraciət prosesi başladı
Universitetin prorektoruna şiddətli töhmət verildi