Qazaxıstanın Belçikadakı səfiri Margulan Baimuxan Lüksemberq şəhərinə səfər edib və Baş nazir və Xarici İşlər nazirinin ofisində görüşlər təşkil edib.
Turaz.org xəbər verir ki, Lüksemberq Baş nazirinin diplomatik müşaviri Claude Faber Qazaxıstan keçirilməkdə olan cari islahatlar və president seçkilərinin nəticələri barədə qısa məlumat verib. Tərəflər eyni zamanda iki ölkə arasında siyasi danışıqların və iqtisadi əməkdaşlığın cari vəziyyətini və gələcəkdə inkişaf perspektivlərini müzakirə ediblər. Belçikalı diplomat ölkəsinin Qazaxıstandakı islahatlar keçirməsini dəstəklədiyini və ikitərəfli əlaqələrin gələcəkdə inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
Lüksemburq Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Véronique Dockendorf ilə görüşdə ötən ildə birgə işlərin ilkin nəticələri və ikitərəfli gündəmdə nəzərdə tutulan tədbirlər nəzərdən keçirilib. Tərəflər qarşıya qoyulan məqsədlərə nail olmaq üçün gələcək əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Həmçinin bax: https://turaz.org/almatanin-cenubunda-4-5-bal-gucunde-zelzele-bas-verib/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ